"Şərq Tərəfdaşlığı" : Brüsseldə XİN başçılarının iclası keçiriləcək

media-hightechnic-468x90

Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, Aİ-nin xarici işlər nazirlərinin 6 “Şərq Tərəfdaşlığı” ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.

Yerli vaxtla 18:00-da başlaması planlaşdırılan iclasda Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.

Aİ Şurasının məlumatına görə, iclasda nazirlər Şərq Tərəfdaşlığı, onun uğurlarına və gələcək siyasətinə dair konkret tövsiyələri müzakirə edəcəklər./APA

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600