Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Bu gün Çempionlar Liqasına start veriləcək

Reklam: High Technic

30925-cempion-ligaBu gün Çempionlar Liqasında 2015/2016 mövsümünün qrup mərhələsinin oyunlarına start veriləcək.

İlk oyun günündə 4 qrupda keçiriləcək 8 qarşılaşma keçiriləcək.

A qrupunda PSJ öz meydanında “Malmö”nü, “Real” (Madrid) isə “Şaxtyor”u qəbul edəcək.
B qrupunda “Mançester Yunayted” Hollandiyada PSV-nin, Moskva CSKA-sı isə Almaniyada “Volfsburq”un qonağı olacaq.

C qrupunun maraqla gözlənilən oyunu “Mançester Siti” və “Yuventus” arasında keçiriləcək. Digər görüşdə isə “Sevilya” ilə “Borussiya” (Münhenqladbax) münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda Türkiyənin “Qalatasaray” klubu doğma meydanda Madrid “Atletiko”sunu sınağa çəkəcək. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq “Astana” səfərdə “Benfika”nın qonağı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin qalan 8 görüşü sabah keçiriləcək.

15 sentyabr
Çempionlar Liqası, qrup mərhələsi
A qrupu
PSJ (Fransa) – “Malmö” (İsveç)
“Real” (Madrid, İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

B qrupu
PSV (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)
“Volfsburq” (Almaniya) – CSKA (Moskva, Rusiya)

C qrupu
“Mançester Siti” (İngiltərə) – “Yuventus” (İtaliya)
“Sevilya” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya)

D qrupu
“Qalatasaray” (Türkiyə) – “Atletiko” (Madrid, İspaniya)
“Benfika” (Portuqaliya) – “Astana” (Qazaxıstan)

16 sentyabr
E qrupu
“Bayer” (Leverkuzen, Almaniya) – BATE (Belarus)
“Roma” (İtaliya) – “Barselona” (İspaniya)

F qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Arsenal” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya)

G qrupu
“Dinamo” (Kiyev, Ukrayna) – “Portu” (Portuqaliya)
“Çelsi” (İngiltərə) – “Makkabi” (Təl-Əviv, İsrail)

H qrupu
“Valensiya” (İspaniya) – “Zenit” (Rusiya)
“Gent” (Belçika) – “Lion” (Fransa)
(qol.az)

www.yenicag.az

296