Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. “Atletiko” ilk görüşdə uduzduğu “İnter”i qəbul edəcək.
“Borussiya” (Dortmund) isə ilk matçda heç-heçə etdiyi PSV ilə evdə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl “Bavariya”, PSJ, “Mançester Siti”, “Real”, “Arsenal” və “Barselona” 1/4 finala vəsiqə qazanıb.
13 mart
00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
İlk oyun – 0:1
00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)
İlk oyun – 1:1
5 mart
“Bavariya” (Almaniya) – “Latsio” (İtaliya) – 3:0
“Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) – 1:2
6 mart
“Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) – 3:1
İlk oyun – 3:1
00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya) – 1:1
İlk oyun – 1:0
12 mart
“Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya) – 1:0 (penaltilər seriyası – 4:2)
İlk oyun – 0:1
“Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1
İlk oyun – 1:1
www.yenicag.az