Bu gün ÇL-də pley-off mərhələsinə yekun vurulacaq

media-hightechnic-468x90

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olacaq.

Günün ilk matçında “Qarabağ” Bakıda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edəcək.

Türkiyənin “Fənərbağça” klubu Portuqaliyada “Benfika”nın qonağı olacaq. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bundan başqa, “Brügge” Belçikada Şotlandiyanın “Reyncers”, “Kopenhagen” isə Danimarkada İsveçrə “Bazel”ini sınağa çəkəcək.

İlk oyun günündə Qazaxıstanın “Kayrat”, Norveçin “Budyo/Qlimt” və Kiprin “Pafos” klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)

İlk oyun – 3:1

23:00. “Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə)

İlk oyun – 0:0

23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə)

İlk oyun – 1:1

23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya)

İlk oyun – 3:1

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa