Bu gün Kıvanç Tatlıtuğun toyudur – Fotolar

media-hightechnic-468x90

71782_9ju83hifu3Bu gün aktyor Kıvanç Tatlıtuğun iki ildir birlikdə olduğu stilist sevgilisi Başak Dizerlə toyudur.

Parisdə baş tutacaq toya cütlüyün ailələri və yaxın dostları qatılacaq. Aktyor və sevgilisi toyla bağlı son hazırlıqları həll etmək üçün çərşənbə axşamı Fransaya yola düşüblər. Fanatlarının xahişini yerə salmayan Kıvanç hava limanında onlarla foto da çəkdirib.

Dünən axşam isə səbəbkarlar Parisdə məkanlardan birində dostları ilə yemək yeyərkən toyun son detalları haqda danışıblar. Toyda iştirak edəcək 50 dəvətli isə dünən Parisə gedib. Tatlıtuğ və Dizer evləndikdən sonra aktyorun yeni aldığı evdə yaşayacaqlar.(Axşam)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa