Bu gün Konfrans Liqasının qalibi məlum olacaq

media-hightechnic-468x90

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, turnirin final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.

UEFA Konfrans Liqası
Final
7 iyun
23:00. “Fiorentina” (İtaliya) – “Vest Hem” (İngiltərə)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, “Eden Arena”

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya “Roma”sı olub.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05