Bu gün neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 268 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicga.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7430450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 442 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 987 966 təşkil edir.