!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu gün “Qarabağ” “Şamaxı”nı, “Səbail” “Kəpəz”i qəbul edəcək

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edəcək.

Hazırda “dənizçilər” 1 xalla 8-ci, 3 qarşılaşmanın hamısında uduzan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək çempionatda 4 dəfə üz-üzə gəliblər. Bunların 2-də paytaxt klubu, 1-də “Kəpəz” meydanı 3 xalla tərk edib. Topların nisbətində də “Səbail” üstündür – 6:5.

Günün ikinci görüşündə son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” 6 xalla 3-cü qonaqlar isə 1 xalla 9-cu pillədə yer alıb. Bu, komandaların yerli çempionatda 71-ci oyunu olacaq. Əvvəlki qarşılaşmaların 33-də Ağdam klubu, 13-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də meydan sahiblərinin aşkar üsdünlüyü var – 95:43.

Azərbaycan Premyer Liqası
IV tur
27 avqust (şənbə)

18:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
“ASCO Arena”

20:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena”

Qeyd edək ki, turun ilk 2 oyununda “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edibsə, “Neftçi” “Zirə”yə qalib gəlməyi bacarıb – 2:1. Tura avqustun 28-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulacaq.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv