“Bu hüquqdan, ədalətdən, insanlıqdan kənar məsələdir”
Ermənilər azərbaycanlı girovları işgəncələrə məruz qoyurlar.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
O qeyd edib ki, Kəlbəcərə öz doğma yurduna gedən azərbaycanlıların ermənilər tərəfindən girov götürülməsi və onlara qondarma məhkəmənin qurulması hüquqdan, ədalətdən insanlıqdan tamamilə kənardır: “Onlar heç bir cinayətə yol verməyiblər, doğma torpaqlarına gediblər, orada öz yaxınlarının məzarlarını ziyarət ediblər. Buna görə də, insana qarşı belə işgəncə vermək düzgün deyil. Bu hüquqdan, ədalətdən, insanlıqdan kənar məsələdir. İnanıram ki, yaxın zamanlarda Azərbaycan dövlətinin səyləri nəticəsində bizim həmvətənlərimiz girovluqdan azad ediləcəklər. Artıq bu yöndə beynəlxalq reaksiyalar var və bu müsbət haldır”.