Bu il övladını ilk dəfə məktəbə yola salan MEDİA NÜMAYƏNDƏLƏRİ - FOTOLAR / VİDEO

media-hightechnic-468x90

Pandemiya dövrünün hələ də davam etməsinə baxmayaraq, bu gün bütün təhsil müəssisələrində 2021-2022-ci dərs ili ənənəvi qaydada başlayıb. Yeni tədris ilində əksər media nümayəndələrinin övladları da məktəbə ilk qədəmlərini qoyublar.

Yenicag.az olaraq, övladı birinci sinifə gedən media nümayəndələrinin siyahısını təqdim edirik:

“Aktual TV” İnformasiya Agentliyinin baş redaktoru Etibar Məmmədovun oğlu da məktəbə ilk qədəmlərini qoyan şagirdlərdən biridir.

 

“Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Liftiyevanın qızı Banu da məktəb həyatına ilk qədəmlərini qoyub.

“525-ci qəzet”in redaktoru İsgəndər Həsənovun qızı bu il 1-ci sinifə gedən şagirdlərdəndir.

“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin oğlu da birinci sinifə gedən məktəblilərdəndir.

Qeyd edək ki, bu il respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Gülşən Şərif

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa