!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il yol qəzalarında nə qədər insan ölüb?

!Reklam – Yazi

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 2 faiz azalaraq 1735 nəfər olub.

Onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb. Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq 1135 nəfər olub.

COP29

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv