Kocaeli Universitetinin həyətində bir it ağzında daş saxlayır, onu yerə atmır.
Yenicag.az Baku.ws-ə istinadən xəbər verir ki, universitetin tələbələri nə qədər çalışsalar da, həmin daşı itin ağzından ala bilməyib.
Sahibinin verdiyi məlumata əsasən məlub olub ki, həmin heyvan 3 ildir bir daş parçasını balası kimi qoruyur:
“İt balalarını itirdikdən sonra meylini ölən küçüklərinin yanında olan daş parçasına salıb. Həmin daş parçasını özü ilə gəzdirir. Bəlkə də balalarının iyini ondan duyduğu üçün belə edir. Yemək yeyərkən də daşı ağzından yerə atmır. Bu səbəbdən də, daş onun ağzını yaralayıb”.
www.yenicag.az