Bu kəndlərə İlk dəfə qaz verilib

media-hightechnic-468x90

gas_230913Bu gün Masallı rayonunun Xallıcalı və Qədirli kəndlərinə, eləcə də Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Masallı rayonunda keçirilmiş mərasimdə bildirilib ki, 119 abonenti olan Xallıcalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 445 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 12 ədəd siyirtmə, 119 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 197 abonenti olan Qədirli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 18 845 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə 197 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Qeyd olunub ki, 149 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 12 700 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 149 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd ağsaqqalları kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600