Bu kriptobirja Rusiyadan çıxdığını elan etdi

media-hightechnic-468x90

“Binance” kriptovalyuta birjası sanksiyalar səbəbindən yaranan vəziyyətlə bağlı Rusiyadan çıxdığını elan edib. Birja bir neçə ay ərzində Rusiyadakı bütün biznes-istiqamətlərini bağlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə birjanın normativ tələblər üzrə direktoru Noy Perlman deyib.

Onun məlumatına görə, “Binance” Rusiyadakı biznesinin “CommEX” şirkətinə satılması barədə saziş imzalayıb: “Mövcud istifadəçilərin digər platformaya tam keçidinin təmin edilməsi bir ilə qədər vaxt aparacaq”, – deyə Noy Perlman bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa