Bu libas bütün mağazalarda 8 dəqiqəyə satıldı-Fotolar
Dəb dünyasında “Keyf effekti” trendi davam edir. Kembric hersoqinyası Keyt Middltonun Avstraliya səfərində geyindiyi “Diane von Furstenberg” imzalı geyim mağazalarda cəmi 8 dəqiqəyə satılıb.
Şahzadə 292 funt-sterlinqə olan üzəri ağ naxışlarla mavi libasını tünd mavi platforma ayaqqabılarla uyğunlaşdırıb. “Diane Von Furstenberg” brendinin rəsmi saytında (dvf.com -red.) libasın artıq bitdiyi açıqlanıb.
Middltonun bundan öncəki səfərlərində geyindiyi 42 funt-sterlinq dəyərində ağ-qara zolaqlı “Me and Em” topu və yaşıl yun palto da sürətlə satılıb qurtarmışdı(anspress).