Bu məntəqələrlə bağlı şikayətlər araşdırıldı

media-hightechnic-468x90

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olması haqqında iddialar araşdırılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bu şikayətlə Muxtarlı Qələndər Şamil oğlu müraciət edib:

“Ərizəçi müraciətində göstərib ki, dairənin bir çox məntəqələrində səsvermə günü proses qanunauyğun aparılmayıb. O, 27 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib, müşahidəçilərə maneə yaradıldığını iddia edib və müraciətinə 32 akt, videogörüntülər əlavə edib”.

A.Muxtarovanın sözlərinə görə, namizədin MSK-ya təqdim etdiyi 87 videonun əksəriyyəti başqa dairələrdə qeydə alınanlardır:

“Bununla bərabər videogörüntülərdə vətəndaşların seçki hüququnu həyata keçirməsinə mane olan hallar aşkarlanmayıb. Araşdırmanın nəticəsində namizədin şikayətinin əsassız olduğu müəyyənləşdirilib və təmin edilməyib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa