Reklam

Reklam

Müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın “5-də 5” verilişini boykot etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib.

O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedizdirmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb.

“Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə oynadınız. Bəsdir bu millətin tərbiyəsini pozdunuz” deyə, mövqe sərgiləyən müğənni bu süjeti əxlaqsızlıq adlandırıb: “Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil?”

Daha sonra Elnarə Xəlilova sənətçiləri Zauru boykota dəvət edib: “Bütün sənət adamlarından xahiş edirəm, səsimə səs versinlər. Belə verlişi boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən…” Elnarə Xəlilovanın etirazına səbəb olan anın videosunu təqdim edirik:

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24218
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.