Reklam

Reklam

Venesuela11Venesuelada elektrik enerjisinə qənaət etmək üçün müvəqqəti olaraq 4 günlük iş həftəsi tətbiq olunub.

Ölkənin prezidenti Nikolas Maduro bəyan edib ki, aprel və may aylarında həftənin beşinci günü də istirahət günü hesab ediləcək.

Maduronun sözlərinə görə, bu qayda ölkənin üzləşdiyi enerji böhranından 60 gün müddətinə çıxılması ilə bağlı planın bir hissəsidir.

“Düşünürəm ki, biz yaranmış situasiyadan qiyməti artırmadan və məhdudiyyət tətbiq etmədən çıxacağıq”, – Maduro qeyd edib.

İş həftəsinin qısaldılmasının yalnız dövlət sektoruna, yaxud şəxsi şirkətlərə də şamil edilməsi isə hələ ki dəqiqləşdirilməyib.(modern)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 110
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."