“Bu, ölkə üçün böyük “ÇP”, fövqəladə hadisədir” – Təhlükəsizlik eksperti – Yenicag.Az

Reklam

Reklam

“Müharibə vəziyyətində olan ölkə üçün bu vəziyyətin izahı yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin elektrik enerjisi sisteminin çökməsinə münasibət bildirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayılın fikrincə, ölkənin müvafiq strukturları belə hallarla bağlı vaxtında profilaktik tədbirlər görməliydilər:

“Əlbəttə, bütün bu kimi mümkün hallar əvvəldən hesablanmalı idi. Çünki yaşadığımız əsrin ötən dövrlə müqayisədə tamamilə fərqli tələbləri var. Hazırda təhlükəsizlik məsələləri – hərbi, enerji və digər – elektron sistemlərdən keçir.

İndi bunların hamısının bir nöqtədə iflic olması ölkənin təhlükəsizliyi baxımından çox ziyandır, yolverilməzdir. Yenə deyirəm, belə halları əvvəldən nəzərə almaq və tədbirlər görmək lazımdır. Hər halda, bütün işlərdə bir “B” planı olmalıdır və zəruri hallarda ona keçilməlidir.

Bizim mühüm obyektlərdə “B” planının olub-olmadığı, ona keçilib-keçilmədiyini dəqiq bilmirəm, ancaq dövlət strukturları yəqin ki, nəsə fikirləşirlər. Ölkənin hər yerində, xüsusilə də paytaxt Bakıda elektrik enerjisinin kəsilməsi çox böyük “ÇP”dir, fövqəladə hadisədir. Müharibə vəziyyətində olan ölkə üçün bu vəziyyətin izahı yoxdur. Ümid edək ki, bu hadisənin başqa fəsadları olmayıb.

Məsələyə geniş baxsaq, bu işlərə cavabdeh olan şəxslər var. Onların və rəhbərlik etdikləri strukturların adını çəkmirəm. Onlar belə ektremal vəziyyətlərin baş vermə ehtimalını vaxtında hesablamalı və o halda tələb olunan tədbirləri öncədən planlaşdırmalıydılar. Əgər o profilaktik tədbirlər görülməyibsə, deməli, haradasa diqqətsizliyə yol verilib. İnanaq ki, bundan sonra belə hallar təkrarlanmaz”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1265
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."