Bu ölkədə sosial şəbəkədən istifadəyə yaş məhdudiyyəti təbiq oluna bilər

media-hightechnic-468x90

Tacikistanda sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətinin tətbiq olunması təklif edilib.

Yenicag.az “ASIA-Plus”a istinadən xəbər verir ki, bu təkliflə Tacikistan parlamentinin üzvü Dilnoza Axmadzoda çıxış edib.

O, yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə girişinin tamamilə qadağan edilməsini və 14-17 yaşlı yeniyetmələrin yalnız valideynlərin yazılı razılığı ilə onlardan istifadəsinə icazə verilməsini təklif edib.

Deputatın fikrincə, internet və sosial mediadan məhdudiyyətsiz istifadə uşaqların əqli və mənəvi inkişafına mənfi təsir göstərə bilər.

Deputat qeyd edib ki, bu il hökumət yalan və zərərli məlumatlarla bağlı artıq “Uşaqların hüquqlarının müdafiəsi haqqında” qanuna bəzi əlavə və dəyişikliklər edib. Bununla belə, uşaqların və yeniyetmələrin sosial mediadan istifadəsinə nəzarəti təmin etmək üçün başqa dəyişikliklərə də ehtiyac var. .

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa