Bu şəxslərin maaşları artırıldı - Baş nazirdən QƏRAR

media-hightechnic-468x90

Baş Nazir Novruz Məmmədov “Ədliyyə orqanları işçilərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” qərara dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.

Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri” də yeni redaksiyada qəbul olunub.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600