Bu xalqlar Ukraynanı dəstəkləyir

media-hightechnic-468x90

75351Ukraynanın Mariupol şəhərində “Ukrayna etnoslarının demokratik dövlətin qorunub saxlanması və inkişafı“ mövzusunda toplantı keçirilib. Ukrayna Millətlər Assambleyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi bu ölkənin müxtəlif etnoslarının nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə azərbaycanlılar, yəhudilər, tatarlar, ruslar, qaqauzlar, yunanlar, moldovanlar, Orta Asiya və digər xalqları təmsil edən nümayəndələr iştirak ediblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev deyib ki, belə çoxmillətli toplantının məhz hərbi əməliyyatların davam etdiyi Mariupolda təşkili Millətlər Assambleyasına daxil olan etnik xalqların Ukraynanın bölünməzliyi və ərazi bütövlüyünü dəstəklədiklərini, ölkədə vətəndaş sülhünün və millətlərarası qarşılıqlı anlaşmanın möhkəmlənməsinə səy göstərdiklərini göstərir.

Ukrayna Nazirlər Kabinetinin Etnosiyasət şöbəsinin müdiri Gennadiy Druzenko bildirib ki, Mariupol indi ölkənin milli-siyasi birliyinin möhkəmləndiyi qəhrəman şəhərə çevrilib.

Donetsk vilayətinin keçmiş qubernatoru və yeni parlamentin deputatı Sergey Taruta Mariupol ilə konfransa qatılan etnosların təmsil olunduqları ölkələr arasında yaxın əməkdaşlığın zəruriliyindən söz açıb.

Sonda tədbir iştirakçıları parlamentə müraciət qəbul ediblər. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600