“Bunlarda namus-qeyrət yoxdur“
Son günlərdə yerli şou-biznes nümayəndələrinin, əsasən də Xalq artisti Brilliant Dadaşovanın Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards”dan avtomobil alması müzakirə mövzusuna çevrilib.
Bu mükafatları verən münsiflərin arasında 3 erməninin olması ətrafinda söhbətlər böyüyür.
Açıqlamasında Müasir Müsavat Partiyası (MMP) sədri Hafiz Hacıyev bu məsələyə münasibət bildirib:
“Ümumiyyətlə, bunlarda namus-qeyrət yoxdur. Gördülər ki, Leyla Yunusun qarşısı alınmır. Bunlar da hamısı ondan dərs götürdü. Hüquq-mühafizə orqanları da bu məsələdə acizlik, centlmenlik göstərir.
Erməni diasporası bütün dünyaya səpələnib, Azərbaycandan satılmağa meyilli adamları ələ almağa çalışırlar. Və ələ də alıblar. Özünüz görürsünüz Leyla Yunusu, Brilliant Dadaşovanı, Kərimov Əlini, Qəmbərov İsanı. Bunların hamısı satılıb. Azərbaycan xalqına qarşı əlaltdan çox ciddi şəkildə işləyirlər.
Bizdə ciddi məlumatlar var ki, erməni diasporasına Amerika və Avropanın müəyyən dairəsi çox böyük miqdarda maliyyə yardımı edirlər. Hətta maşınlar paylayırlar. Amerika və Avropa ilə bağlılığı olan iş adamlarına tapşırırlar ki, bunlara ciddi yardım eləsinlər və bu yardım artıq gəlib çatıb. Bunlar 50-100 minlik maşına görə Vətəni satırlar.
Düşünürəm ki, bu məsələlərlə bağlı ciddi tədbir görmək lazımdır. Həm hüquq-mühafizə orqanları dövlət qanunlarına uyğun hərəkət etməli, həm də xalq tərəfindən ictimai qınaq olmalıdır. Onlara arxayınçılıqdan istifadə etməklərinə imkan vermək olmaz”.