“Bunu atamdan gizlətmişdim” – Əməkdar artistdən illər sonra ETİRAF

media-hightechnic-468x90

“Mən instituta daxil olanda bunu atamdan gizlətmişdim. O, bunu biləndə hirsləndi və özündən çıxdı ki, nə danışırsan?”

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa, əməkdar artist Nahidə Orucova “Öz aramızda” verilişində deyib.

O, vaxtilə aktrisaların ailə qurmasının çətin olduğunu da qeyd edib:


“Bizim vaxtımızda aktrisa olmaq çətin idi. Aktyorlara çox adam yaxın buraxmırdı. Kənardan baxıb zövq alırdılar, sevirdilər, amma qız alıb, qız verməkdə, ailə qurmaqda böyük çətinlik vardı. Hər adam bunu qəbul etmirdi. Mən instituta daxil olanda bunu atamdan gizlətmişdim. O, bunu biləndə hirsləndi və dedi: ‘Bizim nəsildə mütrüf olmayıb, olmayacaq da…’ O vaxt aktyorlara mütrüf deyirdilər. Atam məni çağırıb əlavə etdi: ‘Mən sənə görə heç kimdən xahiş etməyəcəm.’”

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa