Burada ölmək qadağandır!

media-hightechnic-468x90

46317dfrQeyri-adi səslənsə də bu həqiqətdir. Bəzi yerlər var ki, orda rəsmi olaraq ölmək qadağan edilib.

1. Sarpurenks – Fransa

Mövcud qəbirstanlığın genişləndirilməsinə şəhər məhkəməsi icazə vermədikdən sonra Sarpurenks meri rəsmi olaraq sakinlərə ölməyi qadağan edib. Hətta bu şəhərdə merin qərarına qarşı çıxıb ölmək istəyənlərə ciddi cəza tədbirləri nəzərdə tutulub.

2. Faltsiano del Massiko – İtaliya

Faltsiano del Massikoda da ölmək rəsmi qadağan edilib. Ancaq müəyyən müddətə. Şəhər merinin rəsmi qərarına görə, yeni qəbirstanlıq istifadəyə verilənə qədər ölmək olmaz. Nə qədər ki, dəfn üçün yer yoxdur İtaliyanın bu cənub şəhərində merin qərarına qarşı çıxıb yer üzünü tərk etmək olmaz.

3. İtsukuşima – Yaponiya

İtsukuşima adası müqəddəs və ən təmiz yerlərdən biri sayılır. Adanın təmizliyini əbədi saxlamaq üçün burda ölmək rəsmi qadağan olunub. Hərçənd, 1955-ci ildə qanlı Miyadzima döyüşlərində burda çoxsayla insan ölümləri olub. Bəlkə də elə bu tarixi hadisəyə görə adanın qan tökülmüş torpaqlarını çıxarıblar və bundan sonra olmək qadağasını tətbiq edərək ona ciddi riayət etməyə başlayıblar.

4. Lonqiyr – Norveç

Lonqiyr şəhərində Şpitsbergen adalarında ölməyin qadağan edilməsinin də ciddi səbəbləri var. Məlum olub ki, birda dəfn olunan insanların meyitləri daim soyuq hava şəraiti olduğundan cox yaxşı vəziyyətdə qalır. 1917-ci ildə dəfn olunmuş insanın cəsədində aktiv qrip virusu aşkar olunduqdan sonra ada qəbirstanlığna yeni “sakin”lərin qəbuluna rəsmi qadağa qoyulub. Ölüm ayağında olan sakinlər isə məcburi qaydada Norveçin başqa yerlərinə köçürülür.

Bunlar qeyri-adi, qəribə qadağalar olmaqla yanaşı, həm də çox acınacaqlıdır. Tanrı hər bir bəndəsinə vaxtında və şərəflə öz torpağında dünyasını dəyişməyi qismət eləsin.

(modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600