Burak Yılmaz avtomobil qəzasına düşdü – FOTOLAR

Türkiyə millisinin və “Trabzonspor”un futbolçusu Burak Yılmaz avtombil qəzasına düşüb.

Yenicag.az xəbər verir ki, ulduz oyunçu idarə etdiyi maşınla yolun kənarında dayanan avtomobilə çırpılıb.

Təcrübəli hücumçu qəzadan sonra hadisə yerini tərk edib.

Hadisə şahidilərinin verdiyi məlumata görə, qəzadan sonra “Qalatasaray”ın futbolçusu Səlçuk İnan digər futbolçu Olcan Adınla birlikdə Burakın yanına gəlib. Burak isə onların maşınına əyləşərək hadisə yerindən uzaqlaşıb. Məlumata görə, futbolçu qəzadan heç bir xəsarət almadan xilas olub.