!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Butsa 2 milyon avroya satılıb

!Reklam – Yazi

30779266Almaniyanı sonuncu çempionatda futbol üzrə Dünya birincisi edən Mario Götzenin sol butsu auksionda 2 milyon avroya satılıb. Məhz həmin butsa ilə o, final oyununda Argentina millisinin qapısından yeganə qolu 2014-cü ildə keçirmişdi.

Satışdan əldə olunan gəlir “Uşaqlar üçün döyünən ürək” layihəsi çərçivəsində xeyriyyə işlərinə sərf olunacaq.

“İçimi həyəcan təlatümə gətirib. Heç bunu arzu etmək belə ağlıma gələ bilməzdi. Butsaya 2 milyon avro. Bu, nəhəng məbləğdir. Ən əsası isə odur ki, bu pullar uşaqlar üçün xərclənəcək”, 22 yaşlı futbolçu deyib.

Agentlik xatırladır ki, Almaniya-Argentina final matçı 1:0 hesabı ilə almanların xeyrinə başa çatmışdı. Həlledici qol isə ehtiyat oyunçu kimi meydana çıxmışMario Götze tərəfindən vurulmuşdu.

(xezerxeber.com)

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv