“Bütün villalar söküləcək”

media-hightechnic-468x90

abutalbovvilla“Dostluq” parkı ətrafında tikilən qanunsuz villaların hamısı söküləcək. Hazırda söküntü işləri davam edir. Hər gün həmin əraziyə baş çəkirəm. Tapşırıq vermişəm ki, orada bir dənə də qanunsuz tikili qalmasın, hamısı sökülsün”.

Bunu  açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

İcra başçısı bildirib ki, sökülən villaların sahibləri üzə çıxmırlar: “Söküntü işləri davam etdirilir, artıq çox hissəsi sökülüb. Söküntü apardığımız villalarla bağlı heç kim qabağa çıxmır. Sənədlərin hamısı yığılıb və hüquq-mühafizə orqanlarına göndərilib. Orada Bakı şəhər İcra Hakimiyyətinin memarlıq və şəhərsalma idarəsi tərəfindən layihələr imzalanmayıb və Bakı şəhər İcra Hakimiyyəti sərəncam verməyib”.

H.Abutalıbov həmçinin diqqətə çatdırıb ki, Bakıda tikilən bütün qanunsuz tikililər söküləcək: “Hamı bilməlidir ki, qanunsuz tikilən ev gec-tez söküləcək”.

Qeyd edək ki, prezident İlham Əliyev mayın 20-də keçirdiyi iclasda Bakıda qanunsuz tikilən villalardan söz açaraq onların sökülməsini tapşırmışdı.

azvision.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600