“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edildiyi iddia olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Publika.az sosial şəbəkələrə istinadla məlumat yayıb.
AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.
Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb. Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.
Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib.
Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 1996-cı ildən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru, 2008-ci ildən isə konsernin əsasında yaradılan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentidir.
*** 14:00
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.
Yenicag.az AZAL-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir.
www.yenicag.az