“Çanaq Ermənistanın başında çatlayacaq”

media-hightechnic-468x90

1vw9G2wS4Wtq“Ermənistan atəşkəsi intensiv şəkildə pozmaqla, öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir”

Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri Zifayət Əsgərov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasında Ermənistanı günahlandırıb.

Z. Əsgərov bildirib ki, Ermənistan son günlər cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmaqla, insident yaratmaqla, öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir.

Regionda Rusiya və Avropa münasibətlərinin gərginləşməsindən asılı olaraq, Dağlıq Qarabağda müharibəsinin başlanması ehtimalına da münasibət bildirən Z.Əsgərov qeyd edib ki, Ermənistan hazırda müharibə etmək gücündə deyil: “Sadəcə insidentlər yaratmaqla, öz xalqının diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir. Bəli, bu həqiqətdir ki, son vaxtlar cəbhə xəttində insidentlər, gərginlik artıb, nəticədə itkilər olub. Amma yəqin ki, tezliklə bunun bəlli bir nəticəsi olacaq. Nəticəsi də o olacaq ki, çanaq Ermənistanın başında çatlayacaq”.

***

“Həmsədrlər bölgəyə turist kimi səfər etməklə kifayətlənirlər”

“Biz Ermənistanın şıltaqlığına daha dözməyəcəyik. Yoxsa bu Xocalı abidəsi bizi bağışlamaz”.

Bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında təkbətək keçirilən bütün görüşlərdə Ermənistandan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələb olunsa də, Ermənistan bunu etmir: “Minsk qrupunun həmsədrləri də Ermənistana təzyiq göstərmirlər. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan hər üç dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar Ermənistana təzyiq etməlidirlər. Ancaq vasitəçilər bölgəyə turist kimi səfər etməklə kifayətlənirlər. Problem də bundadır. Azərbaycan prezidenti dəfələrlə münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib. Ancaq xalqının da səbrinin həddi var. Ermənistan danışıqları imitasiya edir. Bu imitasiyaya son qoyulmalıdır”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600