Canlı yaymda halı pisləşən məşhur aktyordan - AÇIQLAMA
“Halım özümdə deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında dünən “Günə uğurla” verilişində qəfildən halı pisləşən və təcili yardım maşını çağırılan tanınmış aktyor Allahverdi Yolçuyev deyib.
O, hələ də özünə gəlmədiyini, həkim nəzarəti altında olduğunu bildirib:
“Verilişə getmişdim, orada da səs-küy, projektorlar… Hər şey adama təsir edir. Oturduğum yerdə birdən-birə təzyiqim yüksəldi, halım dəyişdi, çox pis oldum. Təcili yardım maşını çağırdılar, özümə gəldim. İndi də evdəyəm, havada maqnit qasırğası var, ya nədəndirsə, bilmirəm, yenə də halım özümdə deyil. Həkim gəlib yoxlamalıdır, onu gözləyirəm”.
Cəvahir