!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cari ildə hər bir istehlakçı orta hesabla ayda nə qədər xərcləyib?

!Reklam – Yazi

Cari ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 46,6 milyard manat olmaqla ötən ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 4,3 faiz artaraq 44,8 milyard manata bərabər olub, onun 45 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 571,6 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 27 manat çox vəsait xərcləyib.

COP29

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv