CASCFEN “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin icrasına başladı

media-hightechnic-468x90

 

 

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb.

 

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyan layihənin icrası 01.05.2025 – 30.09-2025-ci il tarixlərini əhatə edir: “Ortaq dəyərlərimizi bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır”.
Məlumatda deyilir ki, layihə çərçivəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətində “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda konfrans, Manisa və Bakıda isə eyni mövzuda dəyirmi masa keçiriləcək. Həmçinin, Türk dünyasının ortaq dəyərlərinə dair 12 məqalənin hazırlanıb Azərbaycanda saytlarda dərc edilməsi (yazıların bir neçəsi isə digər türk dövlətlərinin bir neçəsində saytlarda dərc ediləcək) və mövzu ilə bağlı Azərbaycanda internet TV-lərin birində 3 verilişin hazırlanması nəzərdə tutulub. Hazırlanacaq məqalələrdə türk dövlətlərindən olan tanınmış mütəxəssislərin, alimlərin, o cümlədən deputat və media təmsilçilərinin fikirləri öz əksini tapacaq.
Bundan başqa, Türkiyədə universitetlərdə təhsil alan Türk dünyası tələbələri arasında “Bizim ailəmiz türk dünyasıdır” adlı esse yazı müsabiqəsi keçiriləcək, müsabiqəyə təqdim edilən yazılar içərisində 3 ən yaxşı yazı mükafat olaraq Azərbaycanda 2 saytda yerləşdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600