Cavadovun Türkiyə planı “suya düşdü” – Ruslar isə onunla maraqlanır

media-hightechnic-468x90

“Sumqayıt”dan göndərilən millimizin sabiq üzvü Vaqif Cavadovun “Zirə”də oynamaq arzusu puç olub. 27 yaşlı yarımmüdafiəçi “Zirə”yə təklif edilib. İddiaya görə, “qartallar”ın məşqçilər korpusu ilə rəhbərliyi arasında Cavadovun transfer məsələsi müzakirə olunub. Sonda futbolçunun transferi məqsədəuyğun sayılmayıb.

Məsələ ilə bağlı Cavadovun atası Fizuli Cavadov Yeniçağ.az-a danışıb. O, bildirib ki, Vaqiflə Rusiya klublarından bir neçəsi maraqlanır:

“Onlar Vaqifi öz klublarında görmək istəyirlər. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək. Seçdiyi klub açıqlanacaq. Türkiyədə çıxış etmək ona görə alınmadı ki, PTT liqasında çıxış edən klublar artıq heyəti aydınlaşdırıblar”.

Qeyd edək ki, Cavadov oyun sisteminə uyğun gəlmədiyi üçün “Sumqayıt”dan göndərilmişdi.

 

Aygün İlqarqızı

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600