Cəbrayılda qanunsuz ov edən şəxs saxlanıldı

media-hightechnic-468x90

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa