Cəlilabad sakini günvurmadan öldü

media-hightechnic-468x90

Cəlilabad sakini günvurmadan dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bədbəxt hadisə Cəlilabad şəhəri ərazisində baş verib.

45-50 yaşlarında olan Anar adlı şəxs quyudakı su nasosunu təmir edərkən qəfildən yerə yıxılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxsin bir müddət əvvəl dünyasını dəyişdiyi məlum olub. Yaxınları mərhumun elektrik cərəyanından öldüyünü zənn etsələr də, aparılan müayinələrə əsasən, onun günvurmadan vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa