Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qaldı
Cəlilabad rayonun Göytəpə şəhərinin Qurtluş prospektində fərdi qazıntı işləri zamanı yeraltı qaz xətti zədələnib.
Yenicag.az-ın məlumatına görə, hadisə ilə əlaqədar Göytəpə şəhərinin və bir neçə kəndin qazla təminatı dayandırılıb.
Hadisə ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsindən bildirilib ki, təmir-bərpa işləri başa çatandan sonra qazın verilişi bərpa olunacaq./Report/













