Cəlilabadda iki avtomobil toqquşub

media-hightechnic-468x90

fe2132c0c1502709778163c513b9803dAzərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə sentyabrın 27-də axşam saatlarında Ələt – Astara magistralının 153-cü kilometrliyində, yolun rayonun Göytəpə şəhərindən keçıən hissəsində qeydə alınıb. Masallı rayonunun Boradigah qəsəbə sakini, 1981-ci il təvəllüdlü Rüstəm Güləddin oğlu Abbasovun idarə etdiyi “Ranc Rover “ markalı, 99 SU 799 dövlət nömrə nişanlı minik avtomobili İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Vüsal Mirzağa öğlu Həbullayevin idarə etdiyi “Ford” markalı, 15 BK 320 dövlət nömrə nişanlı sərniçin avtomobili ilə toqquşub.

Nəticədə hər iki avtomobliə ciddi ziyan dəyib, həmçinin “Ford”un sərnişinləri, 2007-ci il təvəllüdlü Emil Tapdıq oğlu Baxşıyev, onun anası, 1982-ci il təvəllüdlü Xəyalə Mirverdi qızı Quliyeva, 1976-cı il təvəllüdlü Fövqiyyə Qafar qızı Mütəllibova, 1979-cı il təvəllüdlü İlkin Fərhad oğlu Mirzəyev, 1969-cu il təvəllüdlü Qılman Ayaz oğlu Səfərov və “Ranc Rover”in sərnişini, rayonun Mollaoba kənd sakini, 1987-ci il təvəllüdlü Racid Firdovsi oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600