Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Yenicag.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək “Qarabağ”ın da potensial rəqibi məlum olacaq.
Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Çempionlar Yolunda beş komanda – “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqlarsa, I mərhələnin 15 cütü püşkatmada iştirak edəcək.
Adıçəkilən beş klubdan yalnız “Aris” Azərbaycan təmsilçisi “Qarabağ”a potensial rəqib ola bilər. Çünki kiprlilər püşkdə səpələnməmişlərdə, I raundun “Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” cütü isə səpələnmişlərdə qərarlaşacaq. “Qarabağ”ın digər səkkiz potensial rəqibi I təsnifat mərhələsinin cütləridir.
Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər: “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) cütü, “Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan) cütü, “Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) cütü, “Molde” (Norveç), “Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) cütü, “Farul” (Rumıniya) – “Şerif” (Moldova) cütü, “Partizani” (Albaniya) – BATE (Belarus) cütü;
Səpələnməmişlər: “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) cütü, “Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) cütü, “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütü, HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) cütü, “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütü, “Şemrok Rovers” (İrlandiya) – İlkin mərhələnin qalibinin cütü, “Haken” (İsveç) – TNS (Uels) cütü, “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütü, “Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) cütü, “Aris” (Kipr).
www.yenicag.az