Bu gün Çempionlar Liqasında 2016/2017 mövsümünün qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Kardiffdə keçirilən final matçında İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klubları üz-üzə gəlib.
“Millennium” stadionunda baş tutan qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Ancaq ikinci 45 dəqiqədə təzyiqi artıran madridlilər rəqibini ardıcıl qollarla məyus etməyi bacarıb. Yekunda “Yuventus”u 4:1 hesabı ilə məğlub edən Zinəddin Zidanın komandası qitənin bir nömrəli yarışında növbəti dəfə çempion adını qazanıb.
Qeyd edək ki, bu, “Real”ın ÇL-də 13-cü çempionluğudur.
UEFA Çempionlar Liqası
Final
3 iyun
“Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya) – 1:4
Qollar: Mario Mancukiç, 27 – Ronaldo, 20, Ronaldo, 64, Kazemiro, 61, Asensio, 90
Baş hakim: Feliks Brix (Almaniya)
Yenicag.az