Çempionlar Liqasında iştirak edəcək ilk 16 klub BƏLLİ OLDU
Avropada futbol mövsümünün sonuna yaxınlaşdıqca, 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək klublar da bir-bir bəlli olmağa başlayıb.
Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, artıq yeni formatla keçiriləcək turnirin əsas mərhələsində iştirak edəcək 16 klubun adı rəsmiləşib.
Bildirilib ki, Türkiyə Super Liqasında çempionluğa yaxın olan “Galatasaray” da qızıl medalları təmin edəcəyi halda UÇL-in liqa mərhələsinə birbaşa vəsiqə qazanacaq.
Hazırda Liqa mərhələsində iştirakı rəsmiləşən klubların siyahısı aşağıdakı kimidir:
İngiltərə:
“Liverpool”
İtaliya:
“Napoli”
“Internazionale FC” (hazırda finaldadır)
“Atalanta”
İspaniya:
“FC Barcelona”
“Real Madrid”
“Atletico Madrid”
Almaniya:
“Bayern München”
“Bayer Leverkusen”
Fransa:
“Paris Saint-Germain” (hazırda finaldadır)
“Olympique de Marseille”
“Monaco”
Niderland:
PSV
“Ajax”
Çexiya:
“SK Slavia Prague”
Yunanıstan:
“Olympiacos FC”
Qeyd edək ki, UEFA-nın yeni formatına əsasən, 2025/26 mövsümündən etibarən Çempionlar Liqasının Liqa mərhələsində ümumilikdə 36 klub mübarizə aparacaq. Gələn günlərdə digər iştirakçı komandalar da açıqlanacaq.