!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Beyl Çempionlar Liqasının final oyununun ən yaxşısı seçildi

!Reklam – Yazi

“Real Madrid” klubunun uelsli futbolçusu Qaret Beyl UEFA Çempionlar Liqasının final qarşılaşmasının ən yaxşı oyunçusu seçilib.

Yenicag.az UEFA-nın saytına istinadla xəbər verir ki, görüşün 61-ci dəqiqəsində meydana çıxan Q.Beyl 64-cü və 83-cü dəqiqələrdə iki baxımlı qola imza ataraq “Real Madrid” klubunun 13-cü çempionluğunu təmin edib.

Final matçının baş texniki müşahidəçisi Peter Rudbek: “Biz qarşılaşmanın ən yaxşı oyunçusu üçün Qaret Beylı seçdik. Çünki o, meydana oyunun bitməsinə yarım saat qalmış çıxdı və öz gözəl qolu ilə matçın gedişini dəyişdi”.

Qeyd edək ki, Qaret Beyl final matçında iki qol vurmaqla UEFA Çempionlar Liqasının tarixində bu turnirin final qarşılaşmalarında dubl edən yeddinci futbolçu olub. Beyldən əvvəl bu göstəriciyə Daniel Massaro (Milan, 1994), Karlheynz Ridli (Borussiya Dordmund, 1997), Hernan Krespo (2005), Filippo İnzaqi (Milan, 2007), Dieqo Millito (İnter, 2010) və Kriştiano Ronaldo (Real Madrid, 2017) nail olublar.

COP29

www.yenicag.az

2050
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv