““Cənub Qaz Dəhlizi” Avropaya qaz tədarükü təminatı verən yeganə layihədir”

media-hightechnic-468x90

3f1726305a1450ae57b1fce7c5a90611Ukrayna münaqişəsi Avropa İttifaqına (Aİ) üzv olan dövlətləri təbii enerji xammalının diversifikasiyasını və Avropa Enerji İttifaqının yaradılması prosesini sürətləndirməyə vadar edir.

Bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç deyib.

M. Şevçoviçin fikrincə, bu ilin mart ayında Aİ Avropa Enerji İttifaqının formalaşdırılması layihəsinin dəstəkləyəcək. İttifaqın yaradılması ilə bağlı mərhələli planı və Aİ-nin vahid enerji siyasətinin prioritetlər razılaşdırılacaq.

Aİ-nin alternativ qaz təminatçısı kimi vitse-prezident Azərbaycanı görür. O əlavə edib ki, artıq “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı işlərə başlanılıb.

“Cənub Qaz Dəhlizi” Avropaya yeni mənbədən böyük həcmdə qaz tədarükü təminatı verən yeganə layihədir. Söhbət ümumi dəyəri 45 milyard avrodan çox olan layihənin həyata keçirilməsindən gedir”, – deyə M. Şefçoviç bildirib.

Diplomat avropalı istehlakçılara Azərbaycan qazının 2019-cu ildən etibarən çatacağını proqnozlaşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600