Cənubi azərbaycanlıların TƏHLÜKƏSİZLİYİ: Azərbaycanın İsrailə göndərdiyi MESAJ

media-hightechnic-468x90

“Cənubda yaşayan soydaşlarımızın təhlükəsizliyi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib.

media-hikmetbabaoglu1

Deputat Azərbaycan hökumətinin İsrail dövlətinə Cənubi Azərbaycanın təhlükəsizliyi ilə bağlı etdiyi müraciəti şərh edib.

Millət vəkili Azərbaycan hökumətinin Cənubi Azərbaycan həssaslığının hər zaman ön planda olduğunu diqqətə çatdırıb:

“Azərbaycan daima İranda yaşayan azərbaycanlıların və İran xalqının təhlükəsizliyi məsələsində həssas mövqedən çıxış edib, onların rifah və təhlükəsizliyinin qorunması üçün hər zaman əlindən gələni edir. Hazırda İran-İsrail münasibətlərinin qismi müharibə vəziyyətində olması kontekstində də Azərbaycan yenə də eyni mövqedən çıxış edir. İranda yaşayan azərbaycanlıların və İran xalqının, dinc sakinlərin zərər görməməsi üçün bu və ya digər formada əlindən gələn bütün tədbirləri, bütün imkanları səfərbər edir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan istər publik, istərsə də diplomatik yollarla cənubda yaşayan soydaşlarımızın təhlükəsizliyinin qorunması üçün lazımi bütün addımları atmaqdan çəkinmir:

“Bəzən bu publik şəkildə, bəzən də örtülü diplomatik formada olsa belə, cənubda yaşayan soydaşlarımızın təhlükəsizliyi daima Azərbaycan dövlətinin diqqət mərkəzində olub və bundan sonra da olacaq. Buna görə də mümkün bütün imkanlardan, o cümlədən İsraillə olan münasibətlərdən istifadə edərək cənubdakı soydaşlarımızın təhlükəsizliyini qorunması ilə bağlı Azərbaycanın müxtəlif tədbirlər görməsi mümkündür”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600