Cənubi Koreyada baş verən dəhşətli yanğında ölənlərin sayı ARTIB
Cənubi Koreyanın Tecon şəhərində avtomobil hissələri zavodunda baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən də daxil olmaqla 58 nəfər xəsarət alıb. İlkin məlumatlara əsasən, yanğın baş verən zaman zavodun ərazisində 170 nəfər olub.
Hadisə yerinə 500-dən çox xilasedici, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğınsöndürənlər binanın çökmə təhlükəsi səbəbindən içəri daxil ola bilməyiblər. Yanğının söndürülməsi binada olan təxminən 200 kiloqram natrium səbəbindən də çətinləşib. Bildirilir ki, bu maddə ilə ehtiyatsız davranış partlayışa səbəb ola bilər./oxu.az/













