“Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilə bilər”

media-hightechnic-468x90

9142e38bc83c34c7bf13b6e68008b693“Xocalıda qətlə yetirilən qardaş və bacılarımıza rəhmət diləyir, ağrı-acılarınızı anlayırıq”.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, sabah prezident İlham Əliyevlə birlikdə Xocalı abidəsini ziyarət edəcək: “Bir daha Xocalı qətliamını törədənləri lənətləyirik”.

***

“Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir”

“Sürix protokollarının qüvvəyə minməsi üçün Türkiyənin şərti vardı. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir”.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir: “Azərbaycan və Türkiyə Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanına çevrilməsini istəyir. Ancaq Ermənistan fərqli niyyətdədir. Ermənistan xətalarından dönərsə, Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilər”.

***

“Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparılır”

“Azərbaycan mənim öz vətənimdir. Azərbaycana səfərimdən məmnunam”.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, hər səfəri zamanı Azərbaycanın gücləndiyinin şahidi olur: “İki ölkə arasında münasibətlərin, xüsusən iqtisadi münasibətlərin inkişafı üçün çalışırıq. Qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində fəaliyyət göstəririk”.

Nazir TANAP-ın Türkiyə üçün strateji layihə olduğunu vurğulayıb: “TANAP-a Türkmənistan qazının da daxil edilməsinə çalışırıq. Bunu da əvvəllər bəyan etmişik”.

M. Çavuoşoğlu Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatlarının uğurlu fəaliyyət göstərdiyini, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı çərçivəsində xarici işlər nazirlərinin görüşünün keçirilməsi istiqamətində iş aparıldığını da qeyd edib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600