!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cənubi Qafqaza heç kim sabit gələcək hazırlamayıb” - Rusiyalı ekspert

!Reklam – Yazi

“Qərb Cənubi Qafqaz ölkələrini zənginləşdirmək niyyətində deyil”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində Rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Politoloq 2018-ci ildə Cənubi Qafqaz dövlətlərinin siyasi vəziyyətlərinin 2017-ci ilə nisbətən daha mürəkkəb olacağını bildirib:

“Cənubi Qafqazın Xəzər və Qara dənizləri arasında yerləşən dövlətlərinə heç kim sabit gələcək vəd etməyib. İran-Türkiyə tandemi Rusiyanın dəstəyi ilə Vaşinqtona açıq şəkildə meydan oxuduğu indiki dönəmdə bu məsələ daha qabarıq görünür.

Trampı prezident seçdirən Amerikanın real hakimiyyəti bu regionun problemlərinə reaksiya metodikasını hələ seçməyib. Qeyd edək ki, Cənubi Qafqaz ölkələri bir müddət SSRİ tərkibində istirahət ediblər, ancaq həmin qısa dönəm artıq başa çatıb və orada bir daha “cənnət” olmayacaq.

Cənubi Qafqaza təsir imkanlarını artırmağa çalışan Qərb dövlətlərinin məqsədi heç də region dövlətlərindəki hər kəsi zənginləşdirmək deyil. Qərb 2017-ci ildə Ermənistana doğru müəyyən addımlar atdı və nəticədə, İrəvan da Avropa İttifaqına tərəf istiqamətləndi.

Ölkə əhalisinin Rusiya ilə gərginliyi azaltmaq istəyinə baxmayaraq, Gürcüstan birmənalı şəkildə Qərbyönümlü dövlət olaraq qalmaqdadır. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinin zəruriliyi bəyan edilsə də, bu məsələ hələlik öz həllini tapmır. Biz hələ uzunmüddətli “ehtiyat bombası”na çevrilmiş Qarabağ münaqişəsindən danışmırıq.

O baxımdan, Cənubi Qafqaz ölkələrində dezinteqrasiya prosesləri sürətlənəcək. Çünki regionda həddindən çox “parçalayıcı” vasitələr mövcuddur. Transkontinental ticarət və daimi xammal satışı “balaca” Cənubi Qafqaz üçün tamamilə yetərlidir. Ancaq indiki durumda Qafqazın kiçik ölkələrinin rahatlıqla ticarət aparmalarına heç kəs imkan verməz.

Nəzəri baxımdan, bu vəziyyətdən çıxış yolu var. Məsələn, Bakı ilə İrəvanın Qərb vasitəçiləri olmadan anlaşmalarını göstərmək mümkündür. Ancaq bu da real görünmür. Çünki razılığa gəlmək üçün tərəflərdən siyasi iradə ilə yanaşı siyasi düşüncə də tələb olunur.

Ona görə də 2018-ci ildə regionda siyasi vəziyyət 2017-yə, 2019-da isə 2018-ə nisbətən daha mürəkkəb olacaq”.

COP29

www.yenicag.az

2047
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv