Ceyhun Bayramov rumıniyalı həmkarı ilə görüşdü

media-hightechnic-468x90

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana Toiu ilə görüşüb.

Yenicag.az xəbər verir ki, tərəflər enerji təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi, təhsil, kənd təsərrüfatı və turizm sahələrində perspektivləri vurğulayaraq, iqtisadi və ticarət əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, birgə yaşıl enerji layihələri və Orta Dəhliz çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları müzakirə edilib.

C.Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət və Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə də məlumat verib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa