!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun Bayramov Ukraynanın yeni səfirini qəbul etdi

!Reklam – Yazi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyev ilə görüşüb.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Bayramov Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevi təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzu edib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlərdə inkişafından məmnun olduqlarını qeyd ediblər.

Ölkəmizin sədrlik etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29-un öz növbəsində əməkdaşlıq gündəliyinə iqlim dəyişikliyi ilə mübarizə məsələsini daxil etməklə, münasibətlərin inkişafına töhfə verə biləcəyini qeyd edib.

Səfir Yuriy Husyev səmimi qəbula görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Azərbaycan tərəfindən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi dəstək, o cümlədən Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar edilən humanitar yardımlara görə təşəkkür ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

COP29

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv