Ceyhun Bayramov yeni təyin olunmuş səfiri qəbul etdi

media-hightechnic-468x90

Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvini qəbul edib.

Bu barədə Yenicag.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir Seyid Abbas Musəvi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə İran və Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub. Tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa